Ukraynalı komandir:"Hərbçilərimin 90%-i döyüşmək istəmir"

Ukraynalı komandir:"Hərbçilərimin 90%-i döyüşmək istəmir"
  25 Noyabr 2024    Oxunub:1165
Ukrayna Milli Qvardiyasının 21-ci mexanikləşdirilmiş briqadasının tağım komandiri Vyaçeslav Xomenko diqqət çəkən açıqlamalar verib.
O, "The Wall Street Journal"a açıqlamasında etiraf edib ki, Ukrayna hərbçilərinin böyük əksəriyyəti döyüş əməliyyatlarında iştirak etmək istəmir: "İnsanlar yorulublar!".

Ukraynalı hərbçilərin Rusiyanın Kursk vilayətindəki acınacaqlı vəziyyəti haqqında reportaj dərc edən nəşr yazıb ki, peşəkarlıq da aşağı səviyyədədir. Xomenkonun sözlərinə görə, onun tağımının şəxsi heyətinin 90%-nin nə lazımi döyüş bacarığı, nə də döyüşmək həvəsi var.

Moskva Kiyevin güclü kartını əlindən almağa çalışır
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb. Rusiya bölgədə federal fövqəladə vəziyyət rejimi elan edib. Sərhəd rayonlarının sakinləri təhlükəsiz ərazilərə köçürülür.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Kursk  





Xəbər lenti