Bortnikov: "Ukraynada silahla bağlı qlobal "kölgə" bazarı yaradılıb"

 Bortnikov:    "Ukraynada silahla bağlı qlobal "kölgə" bazarı yaradılıb"
  26 Noyabr 2024    Oxunub:854
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov diqqət çəkən açıqlamalar verib.
O, bildirib ki, Ukraynada silahla bağlı qlobal "kölgə" bazarı yaradılıb.

FSB rəhbəri: "ABŞ MDB-də xaos və ucuz resurs bazası yaratmaq istəyir"
Bortnikov fikrini belə izah edib ki, bu cür "kölgə" bazarı silahları daim müxtəlif qeyri-sabit ərazilərdə peyda olurlar. Bəzi regionlarda isə Qərb artıq “Ukrayna ssenarisi”ni təşkil etməyə dair plan üzərində işləyir.

"ABŞ və müttəfiqləri geosiyasi ambisiyalarını həyata keçirmək üçün ən çirkin üsullardan istifadə etməkdən çəkinmirlər", - FSB rəhbəri qeyd edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Silah  





Xəbər lenti