İran İsrail və Livanın atəşkəs razılaşmasını alqışlayıb

İran İsrail və Livanın atəşkəs razılaşmasını alqışlayıb
  27 Noyabr 2024    Oxunub:738
İran Xarici İşlər Nazirliyinin (XİN)sözçüsü İsmayıl Bəqayi İsrail və Livan arasında əldə olunmuş atəşkəs razılaşmasını alqışlayıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında yayılan bəyanatda məlumat verilib.

“Ölkəmizin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi İsrail rejiminin Livana təcavüzünün sona çatması ilə bağlı mesajını alqışlayaraq, İran İslam Respublikası hökumətinin Livan xalqı və müqavimət hərəkatına güclü dəstəyini vurğulayıb”, - bəyanatda deyilir.

Livan İsraillə sərhədə 5 min əsgər göndərəcək
Bəqai Qərbi Asiya regionunda sülh və sabitliyi qorumaq və Qəzzaya qarşı müharibəni dayandırmaq, İsrail rejiminə təsirli təzyiq göstərmək üçün beynəlxalq ictimaiyyətin məsuliyyətini də xatırladıb.

Qeyd edək ki, çərşənbə axşamı İsrailin hərbi-siyasi kabineti mütləq səs çoxluğu ilə Livanla atəşkəs sazişini təsdiqləyib.
Problemin həlli ilə bağlı ABŞ-nin təklif etdiyi plana görə, qarşıdakı 60 gün ərzində Livan ordusu ölkənin cənubundakı ərazilərdə yerləşməli, Hizbullah qüvvələri Litani çayının şimalından çıxarılmalıdır. Bu müddət ərzində İsrail də öz silahlı qüvvələrini qonşu ölkənin ərazisindən tamamilə çıxarmalıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan  





Xəbər lenti