Çin alimləri asteroid tədqiqi üçün "robot pişik" hazırlayıblar

Çin alimləri asteroid tədqiqi üçün "robot pişik" hazırlayıblar
  27 Noyabr 2024    Oxunub:1471
Çin alimləri aşağı cazibə qüvvəsi şəraitində asteroidlərin səthində tullana bilən süni intellektə malik robot hazırlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Məlumata görə, Harbin Politexnik Universitetinin alimləri pişiklərin havada fırlanması və həmişə yerə pəncələri üzərində düşə bilməsi bacarığından ilhamlanaraq və süni intellekt texnologiyasından istifadə edərək kosmik robota xüsusi yeniliklər tətbiq ediblər. Onlar texnikaya öz ətraflarından istifadə edərək havada mövqeyini tənzimləməyi öyrədiblər.

Çin Ayı tədqiq edəcək altı ayaqlı robot yaradır
Nəşr qeyd edib ki, ağır avadanlıqlara əsaslanan ənənəvi sistemlərdən fərqli olaraq, hazırlanmış yeni dördayaqlı robot "əzalarının" koordinasiyalı hərəkəti üçün “modelsiz” idarəetmə sistemindən istifadə edir. Bu, robota əyilməni tənzimləməyə və kosmosda oriyentasiyasını dəyişməyə imkan verir.

“Bu yenilik aşağı qravitasiya mühitində robotların kiçik göy cisimləri üzərində hərəkəti ilə bağlı kritik problemi həll etmiş oldu. Çünki belə mühitdə ayaq gücündəki kiçik bir balanssızlıq belə cihazın nəzarətsiz fırlanmasına, qəza enişinə və ya robotun səthdən tamamiləkənara sıçramasına səbəb ola bilər”,- müəllif yazıb.

Xatırladaq ki, bir neçə gün öncə Şanxay Jiao Tonq Universitetinin Maşınqayırma fakültəsinin professoru, Gao Feng yeni ağıllı robot hazırladıqlarını bəyan etmişdi. Bu, Çinin Ayı tədqiq edəcək altı ayaqlı robotudur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Robot  





Xəbər lenti