ABŞ Ukraynanı çağırış yaşını 18-ə endirməyə çağırıb

ABŞ Ukraynanı çağırış yaşını 18-ə endirməyə çağırıb
  28 Noyabr 2024    Oxunub:342
ABŞ Ukraynanı Silahlı Qüvvələrdə hərbi qüvvə çatışmazlığı fonunda ölkədə hərbi çağırış yaşını 25-dən 18-ə endirməyə çağırıb.
Bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən bildirib. Qeyd oıunub ki, səfərbərlik və Ukrayna Silahlı Qüvvələrinin sayının artırılması döyüş meydanındakı durumu əhəmiyyətli dərəcədə dəyişə bilər.

“İndi bizə işçi qüvvəsi lazımdır. Ruslar, əslində, şərqdə irəliləyiş, davamlı irəliləyiş əldə edirlər və Kursk vilayətində Ukrayna mövqelərini sıxışdırmağa başlayıblar... Bu gün döyüş meydanına baxsaq, səfərbərlik və əlavə işçi qüvvəsi hazırda əhəmiyyətli rol oynaya bilər”, – mənbə bildirib.

Xatırladaq ki, apreldə Ukrayna lideri Volodimir Zelenski Ukraynada səfərbərlik yaşının 27-dən 25-ə endirilməsi haqqında qanunu imzalayıb. Avqustda Ali Rada səfərbərlik yaşının azaldılmasının planlaşdırılmadığını təsdiqləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti