"ASAN" Xidmət Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Yürüş keçirəcək

 "ASAN" Xidmət Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Yürüş keçirəcək
  20 Aprel 2013    Oxunub:1893
Aprelin 22-də "ASAN" Xidmətin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Tanıtım Yürüşü başlayacaq. "ASAN" Mobil Xidmət avtobusu İstanbuldan yola düşəcək.

Xüsusi avadanlıqlarla təchiz edilmiş avtobuslar vasitəsi ilə ASAN Xidmət Mərkəzlərinin fəaliyyət göstərmədiyi regionlarda dövlət orqanları tərəfindən həyata keçirilən bir sıra xidmətləri vahid məkandan həyata keçiriləcək.

Mobil “ASAN”-da Şəxsiyyət vəsiqələrinin, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, notariat fəaliyyəti, hüquqi yardım, bank xidmətləri göstəriləcək.








Teqlər:  





Xəbər lenti