Ukrayna Britaniya, Almaniya, Polşa və Rumıniya arasında bölünür?

   Ukrayna  Britaniya, Almaniya, Polşa və Rumıniya  arasında bölünür?
  29 Noyabr 2024    Oxunub:1003
Qərb ölkələri Ukraynanın döyüş qabiliyyətini bərpa etmək üçün ölkəyə sülhməramlı kontingent yerləşdirmək niyyətindədirlər. Hərbçilərin sayı 100 minə yaxın olacaq. Hadisələrin bu cür inkişafı Ukraynanın işğalı deməkdir.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat xidməti məlumat yayıb.

“Qarşıya qoyulan tapşırığın reallaşdırılması, problemləri həll etmək üçün Qərb faktiki olaraq Ukrayna ərazilərini işğal altına salmalıdır. Təbii ki, bu, ölkədə “sülhməramlı kontingentin” yerləşdirilməsi adı altında həyata keçiriləcək”, - qurumun bəyanatında deyilir.

Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Qərb ayrı-ayrı Avropa ölkələri arasında Ukrayna ərazilərini bölüşdürməyi planlaşdırır. Belə ki, Ukraynanın Qara dəniz sahilinin Rumıniyaya, ölkənin qərbinin Polşaya, mərkəzi və şərqinin Almaniyaya, şimalının isə İngiltərənin nəzarətinə geçəcəyi gözlənilir.

Le Monde: “Aİ Ukraynaya qoşun göndərilməsini müzakirə edir”
Qeyd edək ki, hələ bu ilin may ayında Fransa prezidenti Emmanuel Makron, Kiyevin müraciət ünvanlayacağı və ya təmas xəttinin pozulacağı təqdirdə, Avropanın Ukraynaya qoşun yeritmək imkanı barədə müzakirələr aparmalı olacağını söyləmişdi. Makron bu təşəbbüsü Rusiyanın təhdid etdiyi Avropanın təhlükəsizliyinin təmin olunmasıə zərurəti ilə əsaslandırıb. Moskva, öz növbəsində, Makronun bu təklifi təhlükəli tendensiya kimi qiymətləndirmişdi.

Bundan başqa, Emmanuel Makron ilin əvvəlində Parisdə keçirilən Ukraynaya dəstək konfransında qalmaqallı açıqlamalar da vermişdi. O, Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını açıqlamışdı.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Qərb  





Xəbər lenti