Türkiyənin məhkəmə sədri Gəncədə

Türkiyənin məhkəmə sədri Gəncədə
  20 Aprel 2013    Oxunub:1483
Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev Türkiyə Respublikası Yurisdiksiya Məsələrinə dair işlər üzrə Məhkəməsinin sədri Serdar Özgüldürü qəbul edib
Gəncə şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, icra başçısı Elmar Vəliyev qonaqlara Gəncə şəhəri haqqında ətraflı məlumat verib, burada həyata keçirilən infrastruktur layihələrindən, beynəlxalq tədbirlərdən söhbət açıb.

Elmar Vəliyev bildirib ki, hazırda Gəncədə iki böyük yubileyə – ümummilli lider Heydər Əliyevin 90 və böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə hazırlıq işləri gedir. 360 hektarlıq sahədə yerləşən Heydər Əliyev parkında ulu öndərin adını daşıyan mərkəzin tikintisi sürətlə davam etdirilir. Məhsəti Gəncəvi mərkəzinin inşası da uğurla aparılır. Bundan başqa xalq qəhrəmanı Cavad xanın heykəlinin ucaldılması, Mirzə Şəfi Vazeh adına parkın salınması və parkda onun heykəlinin ucaldılması da nəzərdə tutulub. Gəncədə təhsilin, səhiyyənin, eləcə də mədəniyyətin inkişafı sahəsində görülən işləri diqqətə çatdıran Elmar Vəliyev bu il xeyli sayda məktəbin tikildiyini və əsaslı şəkildə təmir edildiyini söyləmiş, səhiyyə ocaqlarının yenidən qurulduğunu qonaqların nəzərinə çatdırıb.

Türkiyə Respublikası Uyuşmazlık Məhkəməsinin sədri Serdar Özgüldür Elmar Vəliyevə Gəncəyə səfərindən razı qaldığını və Nizami yurdunda olduğundan məmnunluğunu bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qonağa Nizami Gəncəvinin “Xəmsə”sini və xatirə medalını hədiyyə edib.


Teqlər:  





Xəbər lenti