Kiyev əraziləri diplomatik yolla qaytarmaq istəyir

Kiyev əraziləri diplomatik yolla qaytarmaq istəyir
  30 Noyabr 2024    Oxunub:959
Ukrayna Rusiya tərəfindən işğal edilmiş ərazilər olmadan NATO-ya qəbul edilsə, Ukraynada hərbi əməliyyatların qaynar mərhələsi başa çata bilər.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski “Sky News” telekanalına müsahibəsində belə deyib.

“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimiz altında olan Ukrayna ərazisini “NATO çətiri” ilə örtməliyik”, - Zelenski bildirib.

Onun fikrincə, bu, tez bir zamanda edilməlidir, itirdiyi əraziləri isə Ukrayna diplomatik yollarla geri qaytara bilər.

Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa, öz növbəsində, gələn həftə XİN rəhbərlərinin Brüsseldə keçiriləcək görüşündə NATO-nu Kiyevi alyansa üzv olmağa dəvət etməyə çağırıb.

- Mən sizi NATO Xarici İşlər nazirlərinin dekabrın 3-4-də keçirilən görüşünün yekunlarından biri kimi Ukraynanın alyansa üzv olmağa dəvət edilməsi qərarını təsdiqləməyə çağırıram”, - - Sibiqanın məktubuna istinadən “Reuters” agentliyi yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   NATO   ərazilər  





Xəbər lenti