Londonda kürdlərlə polis arasında toqquşma olub
Yürüş zamanı Türkiyə və İngiltərə əleyhinə şüarlar səsləndirən PKK tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlbəyaxa davaya başlayıblar.
Türkiyədəki rəsmi mənbələrdən verilən məlumata görə, Britaniya təhlükəsizlik qüvvələri terrorun maliyyələşdirilməsi, çirkli pulların yuyulması və insanların İngiltərənin terror təşkilatı kimi tanıdığı PKK sıralarına cəlb olunması faktlarını araşdırır.
Mənbələr polisin “İcma Mərkəzi” adlanan “assosiasiya”sının ofisində apardığı yoxlamanın əhəmiyyətini qeyd edib. Həmin iki həftə müddətinə bağlanması və araşdırmaya başlanması barədə qərar var.
Sahil İsgəndərov
AzVision.az