Ronaldo qollarının sayını 915-ə çatdırdı
![Ronaldo qollarının sayını 915-ə çatdırdı
Ronaldo qollarının sayını 915-ə çatdırdı](https://azvision.az/photos/2024/11/hjjhhjjh-1732957567.jpg)
“Əl-Nəsr”in hücumçusu “Damak”a qarşı keçirilən matçda dubl etməklə komandasına qələbə qazandırıb. Ronaldo 17-ci dəqiqədə penaltidən hesabı açıb. 79-cu dəqiqədə isə 39 yaşlı forvard matçın yekun nəticəsini müəyyənləşdirib - 2:0. Bununla da Ronaldo qollarının sayını 915-ə çatdırıb.
Qeyd edək ki, Kriştiano Ronaldo daha əvvəl hədəfinin 1000 qola çatmaq olduğunu bildirib.
AzVision.az
Teqlər: