“Heydər Əliyev Ensiklopediyası” 2025-ci ildə hazır olacaq
Sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşı Rüstəm Hacıyev çıxış edərək “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, Ensiklopediya üçün nəzərdə tutulan məqalələrin hazırlanması prosesi sürətlə davam edir və görülən işlər aidiyyəti dövlət qurumlarından məlumatlar əldə olunaraq yerinə yetirilir. O, məqalələrin hazırlandıqdan sonra hər bir istiqamət üzrə müvafiq institutlara göndəriləcəyini və onların da rəyinin nəzərə alınacağını söyləyib. R.Hacıyev “Heydər Əliyev Ensiklopediyası”nın 2025-ci ildə tam hazır olacağını diqqətə çatdırıb.
Məsələ ilə əlaqədar akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan Milli Ensiklopediyasının cildlərinin elektron versiyasının İnternet məkanında yerləşdirilməsi ilə bağlı təklifini səsləndirib.
Həmçinin akademik Gövhər Baxşəliyeva və professor Kərim Şükürov çıxış edərək fikir və təkliflərini diqqətə çatdırıblar.
Akademik İsa Həbibbəyli Ensiklopediyanın yüksək səviyyədə hazırlanması və çapı üçün öz tapşırıqlarını verib.
AzVision.az
Teqlər: