Fransanın müdafiə naziri Livana gedir

Fransanın müdafiə naziri Livana gedir
  02 Dekabr 2024    Oxunub:356
Fransanın müdafiə naziri Sebastyan Lekornünün yaxın saatlarda Livanın paytaxtı Beyruta səfəri gözlənilir.
Bu barədə Livanın "Aljoumhouria" qəzeti məlumat yayıb. Bildirilir ki, o, Baş nazir Nəcib Miqati, parlamen sədri Nəbih Bərri, həmkarı Moris Səlim və Livan Silahlı Qüvvələrinin komandanı Cozef Aunla görüşlər keçirəcək.

Danışıqlarda İsrail və "Hizbullah" terror təşkilatı arasında daimi atəşkəs məsələsi ətrafında müzakirələr aparılacaq.
General: "İsrail "Hizbullah" təhlükəsini hələ üstələməyib"

Xatırladaq ki, ötən günlərdə İsrail və "Hizbullah"ın simasında Livan arasında atəşkəs sazişi qüvvəyə minsə də, İsrail Livanın cənubundakı "Hizbullah" mövqelərini atəşə tutub. Tərəflər bir-birini atəşkəs pozmaqda ittiham edirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   Livan   Hizbullah   İsrail   atəşkəs   danışıqlar  





Xəbər lenti