Ombudsmanın nümayəndələri "Abzas Media" işi üzrə həbs edilənlərlə görüşüb
Başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasından ibarət olub.
MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova da konfidensial qaydada qəbul olunub, müraciətləri yerində dinlənilib, bəzi müraciətləri yerində təmin olunub. Qəbul edilmiş şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib.
Başçəkmənin yekununda təcridxananın rəhbərliyi ilə söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.
AzVision.az
Teqlər: