İran: "Suriyadakı terrorçular ABŞ-la koordinasiyalı hərəkət edirlər"

   İran:    "Suriyadakı terrorçular ABŞ-la koordinasiyalı hərəkət edirlər"
  02 Dekabr 2024    Oxunub:309
Noyabrın 27-də Suriyanın şimalında fəallaşan terrorçu qruplar ABŞ-la koordinasiyalı şəkildə hərəkət edirlər.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

O, terrorçu qrupları "qaranlıq ləkələr" adlandırıb: "Onlar ABŞ tərəfindən bəzi ərazilərin işğalı səbəbindən artıq Suriya ərazisində olublar. ABŞ səlahiyyətlilərinin bu terrorçu qruplardan heç bir təhlükə hiss etmədikləri barədə bəyanatları onlarla ABŞ arasında koordinasiya olduğunu göstərir”, - deyə Bəqai mətbuat konfransında bildirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti