Almaniya İsrailə uçuşları fevraladək təxirə salır

   Almaniya İsrailə uçuşları fevraladək təxirə salır
  02 Dekabr 2024    Oxunub:357
Almaniyanın dövlət hava yolları şirkəti "Lufthansa" İsrailin Tel-Əviv şəhərinə uçuşların ləğvini gələn ilin yanvar ayının 31-dək uzadıb.
Şirkətin bəyanatında vurğulanır ki, bu qərara səbəb Qəzza zolağında aparılan müharibədir. Qərar şirkətin nəzdindəki bütün daşıyıcılara, o cümlədən "Swiss", "Austrian Airlines" və "Eurowings"ə də aiddir.

"Sərnişinlərimiz sonrakı tarixlər üçün pulsuz rezervasiya ala, yaxud biletin qiymətini tam surətdə geri götürə bilərlər", - şirkət bildirir.

Xatırladaq ki, "Lufthansa" daha əvvəl bütün uçuşları dekabrın 15-dək dayandırılmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   İsrail   təyyarə   təxir  





Xəbər lenti