Qeyri-leqal mühacirlərin Avropadan çıxarılması qaydaları dəyişəcək

Qeyri-leqal mühacirlərin Avropadan çıxarılması qaydaları dəyişəcək
  02 Dekabr 2024    Oxunub:329
Danimarka, İtaliya və Polşanın qeyri-qanuni miqrasiya probleminin həllinə kömək etmək çağırışlarına cavab olaraq, Avropa Komissiyası (AK) miqrantların deportasiyası ilə bağlı yeni direktiv üzərində işə başlayıb.
AzVision.az xəbər verir ki, adı çəkilməyən avropalı diplomatlara istinad edən “Politico” nəşri belə məlumat yayıb.

Onların dediyinə görə, AK maraqlı olan Avropa dövlətləri ilə onların yeni direktivə baxışını aydınlaşdırmaq üçün məsləhətləşmələr aparır.

“Sənəd layihəsi fevral ayında Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndəliklərinə təhvil veriləcək. Yeni qaydalar milli hakimiyyət orqanlarına “Aİ ölkəsində qalmaq üçün qanuni imkanları tükənmiş” miqrantların hərəkət azadlığını məhdudlaşdırmağa, xüsusən də onları miqrasiya mərkəzlərində qeydiyyatdan keçməyə məcbur etməyə imkan yaradacaq”, - məlumatda bildirilir.

Nəşr qeyd edir ki, AK bəzi Avropa dövlətlərinin liderlərinin - Polşanın baş naziri Donald Tuskun, İtaliyanın baş naziri Corci Meloni və Danimarkanın baş naziri Mette Frederiksenin təzyiqlərinə cavab olaraq miqrantların ölkədən çıxarılması ilə bağlı yeni direktivin hazırlanmasını sürətləndirmək qərarına gəlib.

Eyni zamanda, milli, Avropa və beynəlxalq hüquqa təsir etdiyi üçün miqrasiya qanunvericiliyinin dəyişdirilməsinin böyük hüquqi çətinliklərlə bağlı olduğu vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   miqrantlar   deportasiya  





Xəbər lenti