Berbok Pekində Ukraynada sülh məsələsini müzakirə edib
“Çinli həmkarım və mən bunun (müharibənin uzadılması) Çinin maraqlarına uyğun olmadığını ətraflı şəkildə müzakirə etdik. Bütün dünyada sülh prosesinə kollektiv şəkildə başlamaq eyni dərəcədə vacibdir və buna görə də mən bu gün Çindəyəm”, – Annalena Berbok Pekində mətbuat konfransında deyib.
Almaniya XİN-in rəhbəri BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin bütün dünyada sülh və təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməkdənsə, Rusiyaya iqtisadi və hərbi yardımı ilə əsas Avropa maraqlarına zidd siyasət apardığını iddia edib.
Çinin Xarici İşlər nazirliyinin sözçüsü Lin Tszyan Annalena Berbokun açıqlamasına cavabındas Pekinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı öz mövqeyini dəfələrlə ifadə etdiyini vurğulayıb.
- Çin qəti şəkildə əsassız ittihamlara və siyasi manipulyasiyalara şəkildə qarşı çıxır”, - Çinin Xarici İşlər nazirliyinin bəyanatında deyilir.
Çinə səfəri zamanı Annalena Berbok Almaniya kansleri Olaf Şolzun Kiyevə elan edilməmiş səfərini “çox vacib” addım adlandırıb. Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsindən sonra ikinci dəfə Kiyevə gələn Şolz Ukrayna Silahlı Qüvvələrinə 650 milyon avro dəyərində yeni hərbi yardım paketinin göndərildiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az