Sadələşdirilmiş texniki baxış qaydaları

Sadələşdirilmiş texniki baxış qaydaları
  20 Aprel 2013    Oxunub:13208
Bir neçə gün öncə prezident İlham Əliev sürücüləri sevindirəcək bir sərəncama imza atıb.
Azərbaycan Prezidentinin imzaladığı “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin tətbiqi haqqında sərəncamına əsasən bu gündən etibarən:

-Avtomobillər istehsal olunduqları vaxtdan 4 il müddətinə texniki baxışdan azaddır.

Həmin avtomobillərin istehsal tarixi dörd ili keçdikdən sonra – iki ildə bir dəfə;
istehsal tarixi on il keçdikdən sonra – ildə bir dəfə texniki baxışdan keçiriləcək.

Məsələn, 2013-cü ildə istehsal olunmuş maşınlar yalnız 2017-ci ildə texniki baxışdan keçəcək. 2017-ci ildən 2023-cü ilədək iki ildən bir, 2023-cü ildən sonra hər il texniki baxışa cəlb olunacaq.

-Bu ildən 2011-ci ildən 2013-cü ilədək olan avtomobillər 4 yaşı tamam olanadək texniki baxışdan azaddır.

-Avtobuslar, yük və təhlükəli yüklər daşıyan nəqliyyat vasitələri, traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri isə hər il texniki baxışdan keçiriləcək.

Sərəncama əsasən, bundan sonra sürücülük vəsiqəsi almaq istəyənlərdən tibbi arayış da tələb edilməyəcək.

Qanuna edilən əlavə və dəyişikliklər nəticəsində yalnız yaşı 60-dan yuxarı olanlar sürücülük vəsiqəsi alarkən tibbi arayış təqdim edəcəklər.

Dəyişikliyə əsasən, 70 yaşından sonra sürücülərə hər iki ildən bir vəsiqəsini dəyişdirmək tələbi də qoyulub.



Teqlər:  





Xəbər lenti