Azərbaycan GEANT-ın Baş Assambleyasının iclasında təmsil olunub
Amsterdam şəhərində keçirilən tədbirdə 2024-cü il üzrə illik hesabat, şəbəkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, GEANT-ın fəaliyyət planı, Assosiasiyaya üzvlük, cari layihələr və digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.
Sonra B.Nəbiyev Tədqiqat İşlərinin İnkişafı üzrə Xüsusi Maraq Qrupunun (SIG-Research Engagement Development) iclasında iştirak edib. İclasda müxtəlif ölkələri təmsil edən tədqiqatçılar arasında əməkdaşlığı inkişaf etdirmək üçün beynəlxalq milli tədqiqat və təhsil şəbəkəsi (NREN) təşkilatlarının birgə fəaliyyətinə dair müzakirələr aparılıb.
O, tədbir çərçivəsində həmçinin Şəbəkə Texnologiyaları üzrə seminara (CTO workshop) qatılıb. Seminarda GEANT-ın təqdim etdiyi xidmətlərlə (EduRoam, eduGAIN, InAcademia) bağlı son yeniliklər, əməkdaşlıq əlaqələri, qarşıda duran vəzifələr, problemlər və yeni perspektivlərə dair müzakirələr aparılıb.
Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə iki dəfə toplaşırlar.
AzVision.az
Teqlər: