Şolz Kiyevdən Putinə mesaj ünvanlayıb

Şolz Kiyevdən Putinə mesaj ünvanlayıb
  03 Dekabr 2024    Oxunub:481
Ukraynaya səfərə gələn Almaniya kansleri Olaf Şolz “X” sosial şəbəkəsində Rusiya prezidenti Vladimir Putinə “Kiyevdən mesaj” yazıb.
AzVision.az xəbər verir ki, Almaniya kansleri öz mesajında Berlinin Ukraynaya dəstəyini zəiflətməyəcəyi barədə Rusiya prezidentinə xəbərdarlıq edib

“Mənim Kiyevdən Putinə mesajım: biz uzun müddətdir bu işdəyik. Ukraynaya dəstəyimiz zəifləməyəcək. Biz lazım olduğu qədər Ukrayna xalqını dəstəkləyəcəyik”, - Şolz iddia edib.

Bununla belə, Almaniyanın “Deutsche Welle (DW)” nəşrinin məlumatına görə, Şolz hələ də Ukraynanın NATO-ya sürətli qəbulunun və Kiyevə uzaqmənzilli “Taurus” raketlərinin verilməsinin əleyhinədir.

- Kiyevdə Vladimir Zelenski ilə birgə mətbuat konfransında Almaniya kansleri deyib ki, Ukraynanın NATO-ya gedən yolu təşkilatın Vilnüs və Vaşinqtonda keçirilən sammitlərində təsvir edildiyinə görə yeni qərarlara ehtiyac yoxdur. Bu tədbirlərdə Kiyevin son nəticədə Alyansa üzv olacağı təsdiqləndi, lakin konkret tarixlər göstərilmədi”, - DW yazır.

“Taurus” raketləri ilə bağlı sualı cavablandıran Olaf Şolz Almaniyanın Kiyevi silahla təmin etdiyini və yenə də silah verəcəyini bildirib. Lakin o, qeyd edib ki, bəzi silah sistemləri üçün Berlin həm bu silahların hədəfləri vurma diapazonu, həm də hədəfə yönəldilməsinə nəzarət etmək zərurəti ilə bağlı “onların çatdırılmasının düzgünlüyünə dair xüsusi qiymətləndirmələri” diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şolz   Ukrayna   Putin  





Xəbər lenti