Proşenko uçuşlara qadağa qoydu

Proşenko uçuşlara qadağa qoydu
  19 İyul 2014    Oxunub:1138
Ukraynanın hakimiyyət orqanları Aeronaviqasiyanın Təhlükəsizliyi üzrə Avropa Təşkilatına (Eurocontrol) bildiriblər ki, Şərqi Ukrayna səmasında yerdən qeyri-məhdud yüksəkliyə qədər marşrutlar bağlanır.
Təşkilatın məlumatında deyilir: “Qəzadan (“Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” avialaynerinin qəzasından – red) sonra Ukraynanın hakimiyyət orqanları Eurocontrol Təşkilatına bildiriblər ki, Şərqi Ukrayna səmasında yerdən qeyri-məhdud yüksəkliyə qədər marşrutlar bağlanır, hazırda Eurocontrol Təşkilatına həmin marşrutlardan istifadə edilməklə bütün uçuşları ləğv edir. Bu haqda əlavə məlumat verilənə qədər həmin marşrutlar bağlı qalacaqlar”.

AzərTAc-ın xəbər verdiyi kimi, iyulun 17-də “Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” sərnişin avialayneri Ukraynanın Donetsk vilayətində qəzaya uğrayıb.

Aviaşirkətdən verilən məlumata görə, təyyarədə 280 sərnişin və 15 nəfər heyət üzvü olub. Şahidlərin sözlərinə görə, təyyarə havada partlayıb, həlak olanların cəsədləri dörd kilometr radiuslu ərazidə səpələnib.

İyulun 18-inə olan məlumata görə, həlak olanlardan 121 nəfərinin cəsədi tapılıb. Xilasedicilər Malayziya avialaynerinin ikinci “qara qutu”sunu aşkar ediblər. Bortdakı birinci “qara qutu”nun aqibəti hələ məlum deyil.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO - International Civil Aviation Organization, İKAO) və Aeronaviqasiyanın Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (Eurocontrol) təyyarənin qəzaya uğramasının səbəblərini araşdırmaqda Ukraynaya kömək edəcəklər.


Teqlər:





Xəbər lenti