"Cənubi Koreyada baş verənlər şokedicidir" - Mask
Xatırladaq ki, ötən gecə Cənubi Koreya prezidenti Yoon Seok-Yeol ölkədə hərbi vəziyyət tətbiq olunduğunu elan edib. Amma bir neçə saat sonra parlamentdə hərbi vəziyyətin ləğvi üçün səsvermə olub. Daha sonra Yoon Seok Yeol qərarını ləğv edəcəyinə söz verib və nəticədə nazirlər kabineti bu qərarı dəstəkləyib. Bütün bu proseslər 6 saatdan az müddətdə baş verib.
Prezident hərbi vəziyyətin tətbiqi ilə bağlı qərarını onunla əsaslandırıb ki, parlamentdə çoxluq təşkil edən müxalifət öz nümayəndələrini, o cümlədən hökumətin əsas fiqurlarını impiçment proseslərinə sürükləməklə icra hakimiyyətinin işini iflic edir.
Cənubi Koreyada 45 ildir hərbi vəziyyət tətbiq edilmir.
Tural Tağıyev
AzVision.az
Teqlər: