Türkiyədə 4.6 maqnitudalı zəlzələ olub

Türkiyədə 4.6 maqnitudalı zəlzələ olub
  04 Dekabr 2024    Oxunub:331
Türkiyənin Antalya bölgəsinin Qazipaşa rayonu sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu
Türkiyədə güclü zəlzələdən sonra 3 bina dağılıb
barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə qeydə alınıb. Təbii fəlakət Mersin ilə yanaşı Antalya şəhər mərkəzində də hiss olunub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   zəlzələ   Türkiyə  





Xəbər lenti