Fransanın baş naziri bu gün istefa verəcək

“Mişel Barnierin cümə axşamı səhər Yelisey sarayında istefa ərizəsini rəsmən təqdim edəcəyi gözlənilir”, - nəşr yazır.
Qeyd olunur ki, 331 deputat baş nazirin əleyhinə səs verib və bu, hökumətin fəaliyyətini dayandırması üçün tələb olunan 289 səsi xeyli keçib.
Sentyabrın 5-də baş nazir təyin edilən 73 yaşlı Barnierin hökuməti ölkə tarixində ən qısa hökumət oldu və o cəmi 90 gün davam etdi.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: