Makron 24 saata yeni baş nazir tapmalıdır

   Makron 24 saata yeni baş nazir tapmalıdır
  05 Dekabr 2024    Oxunub:1714
BFMTV: Hökumət istefa verərsə, Makron 24 saat ərzində yeni baş naziri təyin edəcək
AzVision.az fransız mətbuatına istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Mişel Barnierin başında durduğu hökumətin müxalifətin etimadsızlığı səbəbindən istefa verəcəyi təqdirdə 24 saat ərzində yeni baş naziri təyin etməyi planlaşdırır.

Makronun belə tələskənliyi onun ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın qarşısına hökumətsiz çıxmaq istəməməsi ilə izah edilir. Belə ki, Makron bu həftə sonu Donald Trampla görüşməlidir.

Bundan əvvəl Makron ikinci müddətə seçilən ABŞ lideri Trampdan Ukrayna ilə bağlı Rusiyanı yola gətirib “real güzəştlər” əldə etməyi xahiş etmişdi. O, ABŞ prezident seçkilərində qalib gəldikdən sonra da Donald Trampla telefon danışığı aparıb. Onlar sülh və sabitliyin bərpası üçün əməkdaşlıq barədə razılığa gəliblər. Təxminən 25 dəqiqə davam edən söhbətdə Makron Avropanın rolunun vacibliyini vurğulamışdı.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti