Obama təyyarə olayına nöqtə qoydu

Obama təyyarə olayına nöqtə qoydu
  19 İyul 2014    Oxunub:889
“Boeing-777” separatçıların nəzarəti altında olan ərazidən vurulub.
ABŞ prezidenti Barak Obama Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin Ukrayna ərazisində vurulması ilə bağlı bəyanatla çıxış edərək, təyyarənin separatçıların nəzarəti altında olan ərazidən vurulduğunu təsdiqləyən sübutun olduğunu qeyd edib.

“Təyyarənin separatçıların nəzarəti altında olan ərazidən zenit raketi ilə vurulduğunun təsdiqi var”, deyə Obama qeyd edib.

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, Obama, həmçinin, “Boeing-777” sərnişin təyyarəsinin vurulmasını araşdırmaq üçün Moskvanı, Rusiya yönümlü separatçıları və Kiyevi atəşkəsə çağırıb.

Onun sözlərinə görə, istintaqa mane olmaq yolverilməzdir, araşdırma iştirakçılarının hadisə yerinə gəlişinə bütün imkanlar yaradılmalıdır.


Teqlər:  





Xəbər lenti