Sumqayıtdakı partlayışda xəsarət alanlardan daha biri ölüb

Sumqayıtdakı partlayışda xəsarət alanlardan daha biri ölüb
  09 Dekabr 2024    Oxunub:982
Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.
Partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev ölüb. Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb. A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.


Teqlər:





Xəbər lenti