Vaşinqton “Oreşnik”ə qarşı vasitə tapıb?

Vaşinqton   “Oreşnik”ə  qarşı vasitə tapıb?
  11 Dekabr 2024    Oxunub:413
ABŞ-nin Raketdən Müdafiə Agentliyi Quam sahillərində sınaq zamanı ilk dəfə olaraq havadan buraxılan orta mənzilli ballistik raketi uğurla dəf edib.
AzVision.az xəbər verir ki, Pentaqona istinadə edən “Reuters” agentliyinin yazdığına görə, “Flight Experimental Mission-02” adlanan sınaq zamanı yeni AN/TPY-6 radarı və şaquli buraxılış sistemi ilə inteqrasiya olunmuş “Aegis Quam” sistemi, havadan atılan orta mənzilli ballistik raketi müvəffəqiyyətlə dəf edən keçirən SM-3 Blok IIA raketini atıb. Raket sahil yaxınlığında yerləşən Andersen Hərbi Hava Qüvvələri (HHQ) bazasından buraxılıb.

“ABŞ-nin Sakit okeanın qərbindəki ərazisi olan Quam, Havaydan daha çox Çinə yaxın strateji hərbi forpostdur. O, ABŞ-nin regionda mövcudluğunu saxlamaqda və potensial düşmənlərin qarşısını almaqda əsas rol oynayır”, - agentlik yazır.

Putin : "Oreşnik"lərdən qrup şəklində istifadə olunarsa, nüvə silahına ehtiyac qalmaz"
Qeyd edək ki, Rusiyanın nüvə başlığı olmayan hipersəs sürətli “Oreşnik” ballistik raketi ilə Ukraynaya ilk və hələlik yeganə zərbəsindən sonra kollektiv Qərb cəbhəsində bir növ çaşqınlıq müşahidə olunur. Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, “Oreşnik” raketlərindən qrup şəklində istifadə olunacağı təqdirdə heç nüvə silahına ehtiyac da qalmır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ  





Xəbər lenti