İrlandiyalı jurnalist amerikalılara müraciət edib
“Rüsvayçılıqla verilən bu raketlərdən yenidən Rusiyaya hücum etmək üçün istifadə olundu. Bu dəfə - Taqanroqdakı bir aerodrom. Adi amerikalılar nə düşünür? Bu dəliliyindəstəkləyirsiniz? Bu, sizin adınızdan edilir?”, – paylaşıma ABŞ prezidenti Co Baydenin çıxışından bir fraqment əlavə edən jurnalist sual verir.
Bundan əvvəl Ukrayna qoşunları Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərindəki hərbi aerodroma Amerika istehsalı olan altı “ATACMS” ballistik raketi ilə hücum edib. Rusiya Müdafiə nazirliyinin açıqlamasında onların hamısının vrurlduğu və ya elektron mübarizə vasitələri ilə yayındırıldığı bildirilib. Həmçinin, bu hücumun cavabsız qalmayacağı vurğulanıb.
Maraqldır ki, məhz bundan sonra adını açıqlamayan amerikalı məmurlardan biri Rusiyanın yaxın günlərdə Ukraynaya ikinci dəfə “Oreşnik” raketi ilə zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Bouz amerikalılar müraciət