Tramp “Amerikanın Səsi” radiosuna yeni rəhbər tapıb

Tramp    “Amerikanın Səsi”    radiosuna yeni rəhbər tapıb
  12 Dekabr 2024    Oxunub:286
ABŞ-nin gələcək prezidenti Donald Tramp keçmiş televiziya aparıcısı və Arizona senatorluğuna namizəd Keri Leyki hökumət tərəfindən maliyyələşdirilən “Amerikanın səsi” radiostansiyasının direktoru vəzifəsinə təyin edib.
AzVision.az xəbər verir ki, Donald Tramp özünün “Truth Social” social şəbəkəsində bu barədə paylaşım edib.

“Leyk Amerikanın azadlıq və müstəqillik dəyərlərinin saxta xəbər mediasının yaydığı yalanlardan fərqli olaraq bütün dünyada ədalətli və dəqiq şəkildə yayımlanmasını təmin edəcək”, - Tramp yazıb.

“The Guardian” nəşri bildirib ki, Keri Leyk sosial mediada, o cümlədən COVID-19 pandemiyası ilə bağlı bir sıra mübahisəli bəyanatlardan sonra 2021-ci ildə ayrılana qədər təxminən 30 il Feniksdə televiziya xəbərlərinin aparıcısı olub. 2022-ci ildə Arizona qubernatorluğuna namizədliyini irəli sürsə də, məğlub olub. Məğlubiyyəti ilə razılaşmayan Leyk, seçki saxtakarlığının qurbanı olduğunu iddia edib.

Xanım Leyk miqrasiya məsələlərində sərt siyasətin tərəfdarıdır. Donlad Tramp Keri Leykin uzun illərdir ki, bu məsələdə onun mövqeyini dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, İkinci Dünya müharibəsi zamanı yaradılmış “Amerikanın Səsi” (VOA) radiosu hazırda internet, radio və televiziyada 40-dan çox dildə yayımlanan beynəlxalq media şirkətidir. 2022-ci ilə qədər “Amerikanın Səsi”nin həftəlik qlobal auditoriyası təqribən 326 milyon olub və hər il şirkət sponsorlardan təxminən 270 milyon dollar alır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Leyk   "AmerikanınSəsi"  





Xəbər lenti