Məqalə müəllifi qeyd edib ki, komandirlərin "keyfiyyəti" bərabər səviyyədə deyil. Onların bəziləri öz adamlarından “artileriya yemi” kimi istifadə edən “qəssab” reputasiyasına malikdirlər.
Ukraynanın Kurskdakı canlı qüvvə itkisi 39 660-ı keçdi |
Ukrayna Silahlı Qüvvələrinin əsir düşən hərbçiləri əsgərlərə qarşı amansız rəftardan dəfələrlə danışaraq gileyləniblər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az