Rusiya Suriyadakı yeni rəhbərlik ilə danışıqlar aparır

   Rusiya Suriyadakı yeni rəhbərlik ilə danışıqlar aparır
  12 Dekabr 2024    Oxunub:253
Rusiya Suriyadakı iki hərbi bazasını qoruyub saxlamaq məqsədi ilə ölkənin yeni rəhbərliyi ilə danışıqlar aparır.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə tərəflər artıq razılığa gəlmək üzrədirlər.

Bu razılıq, Kremlinə Hmeymim hava bazası və Tartus limanını nəzarəti altında saxlamağa imkan verəcək.

Rusiyanın Müdafiə Nazirliyinə görə, "Heyət Təhrir əş-Şam" qruplaşması ilə qeyri-rəsmi anlaşmaya əsasən rus qüvvələrinin Suriyadakı hərbi bazalarda qalması mümkündür.

Lakin, Suriyadakı qeyri-sabitlik fonunda vəziyyətin dəyişə biləcəyi istisna deyil.

AzVision.az



Teqlər:





Xəbər lenti