Kadırov FSB rəhbəri ilə görüşüb

Kadırov FSB rəhbəri ilə görüşüb
  12 Dekabr 2024    Oxunub:278
Kadırov Bortnikovla Ukrayna Silahlı Qüvvələrinin respublikaya hücumunu müzakirə edib.
AzVision.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov FSB direktoru Aleksandr Bortnikovla görüşüb. Bu barədə Çeçenistan liderinin Telegram- kanalında məlumat verilib.

Görüşdə Çeçenistanın xüsusi əməliyyatda iştirakı, eləcə də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatının hücumundan sonra bölgədəki vəziyyəti müzakirə ediblər.

Kadırov qeyd edib ki, Bortnikov ümumiyyətlə respublikada təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

FSB rəhbəri Çeçenistan rəhbərinə çətin məsələlərin həllində bütün lazımi yardım və dəstəyi göstərəcəyini vəd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti