Qış parkında qızğın iş FOTOLARDA

Qış parkında qızğın iş FOTOLARDA
  20 Aprel 2013    Oxunub:1202
Ustalar parkın 10 may tarixinə hazır olacağını deyirlər
Bakı şəhərinin“Qış Bulvarı”nda işlər sürətləndirilib. Ərazidə oldğumuz zaman parkda və daxilində tikilən yeraltı keçidlərdə usta və fəhlələrin qızğın işlədiyini müşahidə etdik. Parkın əksər hissəsində yerə daş döşənib, xaricdən gətirilən ağaclarla yanaşı, ərazi süni ot örtüyü ilə də təmin olunub. Ərazidə işləyən ustalar AzVision.az-a bildiriblər ki, axşam saatlarında da işlər davam etdirilir.Ustalar parkın 10 may tarixinə kimi tam hazır və bəzədilmiş vəziyyətdə olacağını deyiblər.

Həmçinin parkda 13 lift və 13 eskalatorun fəaliyyət göstərəcəyini öyrəndik. Həmçinin əlillər üçün də liftlər quraşdırılır.

Xatırladaq ki, “Qış Bulvarı” Heydər Əliyev Sarayının arxasından Füzuli meydanına qədər olan ərazidə salınır.

Anar
Foto: Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti