Suriyada kürdlərin nəzarətindəki ərazilərdə məhbuslara amnistiya verilib

Suriyada kürdlərin nəzarətindəki ərazilərdə məhbuslara amnistiya verilib
  13 Dekabr 2024    Oxunub:318
Suriyanın şimal-şərqində kürd administrasiyası tərəfindən nəzarətdə saxlanılan Şimali və Şərqi Suriyanın Muxtar İdarəsi "Əsəd rejiminin süqutu münasibətilə" buradakı həbsxanalarda cəza çəkən məhbuslara amnistiya verib.
"The Associated Press"in məlumatına görə, amnistiya terrorizm, zorlama və cinsi təcavüzə görə cəza çəkənlərə şamil edilməyib. Məhbusların qohumları ölkənin sözügedən ərazisində yerləşən Qamışlı şəhərinin Nəvkur həbsxanası qarşısında azadlığa çıxanları qarşılayıblar.
Ərdoğan: "Türkiyə terrordan azad Suriya istəyir"

Xatırladaq ki, dekabrın 8-də Suriyanın müxalif qüvvələri tərəfindən 24 illik Bəşər Əsəd rejiminin devrilməsinin ardınca ölkə üzrə həbsxanaların boşaldılmasına başlanılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Suriya   kürdlər   məhbuslar  





Xəbər lenti