Ermənistan Hindistan və İranla əməkdaşlığı gücləndirir

Ermənistan Hindistan və İranla əməkdaşlığı gücləndirir
  13 Dekabr 2024    Oxunub:312
Ermənistan, Hindistan və İranın hökumət nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı prosesləri müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, məsləhətləşmələr zamanı nümayəndə heyətləri Şimal-Cənub dəhlizi çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar: "Onlar bu baxımdan İranın Çabahar limanının rolunu qeyd ediblər".
Məlumata görə, tərəflər əlaqələrin genişləndirilməsi təşəbbüslərini, çoxtərəfli forumlarda qarşılıqlı fəaliyyət və regional əməkdaşlığı da müzakirə ediblər.

"Hər üç ölkə ticarət, turizm və mədəni mübadilənin inkişaf etdirilməsi yollarını araşdırıb, habelə ictimai əlaqələrin gücləndirilməsini müzakirə ediblər", -XİN qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti