Mask öz mənzil-qərargahını yeni şəhərə köçürür

   Mask öz mənzil-qərargahını yeni şəhərə köçürür
  13 Dekabr 2024    Oxunub:326
Amerikalı sahibkar və hazırda dünyanın ən varlı adamı İlon Musk ona məxsus “SpaceX” aerokosmik şirkətinin qərargahını şəhər etmək istədiyi Starbeysə (Texas ştatı) köçürdüyünü açıqlayıb.
AzVision.az xəbər verir ki, Mask “SpasceX” şirkətinin mənzil-qərargahının rəsmi qatdada Texas ştatındakı Starbeys şəhərində yerləşəcəyi barədə şirkətin adından hakimə ünvanlanmış məktubu “X” sosial şəbəkəsində şərh edib.

Sənədə əsasən, “SpaceX” şirkətinin rəhbərliyi Starbeysə kosmosa uçuş meydançası kimi şəhər statusu verilməsi üçün seçkilərin keçirilməsini xahiş edir. Bazada yüzlərlə şirkət işçisi yaşayır. Daha sonra başqa bir istifadəçiyə cavab verən Mask anası Mey Maska xitabən yazıb: “Bax ana, mən şəhər yaratdım”.

2021-ci ildə İlon Mask şirkətin kosmodromunun yerləşdiyi və ulduz gəmisi prototiplərinin işlənib-hazırlandığı Texas ştatının Boka-Çika şəhərinin adının Starbeysə dəyişdirilməsini təklif edib.

Xatırladaq ki, amerikalı milyarder qubernator Gevin Nyusomun “LGBT şagirdləriunin hüquqlarının müdafiəsi” qanun layihəsini qəbul etməsinə cavab olaraq “X” və “SpaceX” şirkətlərinin baş qərargahını Kaliforniyadan Texasa köçürmək qərarını 2024-cü ilin iyul ayında açıqlayıb.

Daha əvvəl isə, “Tesla” şirkətinin Kaliforniyada fəaliyyətini genişləndirmək imkanlarının məhdud olduğunu qeyd bildirən İlon Mask onun baş ofisini Texasa köçürüb.

“Kaliforniya ABŞ-də ən yüksək gəlir vergisi dərəcəsinə malikdir, Texasda isə həmin göstərici sıfıra bərabərdir. Ona görə də, baş ofisi köçürməklə İlon Mask milyardlarla dollara qənaət edə bilər”, - CNBC nəşri onda yazmışdı.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Mask   Starbeys  





Xəbər lenti