İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır - "The Times of Israel"

   İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır    - "The Times of Israel"
  13 Dekabr 2024    Oxunub:345
İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır.
Bu fikirlər "The Times of Israel"də dərc olunan məqalədəndir. Nəşr hərbi dairələrdəki mənbələrinə istinad edib. Nəşrin mənbələri qeyd ediblər ki, belə bir ehtimal Yaxın Şərqdə İranın proksi qüvvələrinin zəifləməsi və Suriyada Bəşər Əsəd rejiminin süqutu fonunda nəzərdən keçirilir.

İsrail Suriyadakı vəziyyətdən istifadə etməkdə ittiham edilib
İsrail Müdafiə Qüvvələri (TSAXAL) hesab edir ki, Suriya rejiminin süqutundan və Tehranın əsas marionet qruplaşması “Hizbullah”ın Livanda nüfuzunu itirməsindən sonra İran artıq təcrid olunub. Məhz bu səbəbdən rəsmi Tehran nüvə proqramının həyata keçirilməsini sürətləndirə bilər. “The Times of Israel” yazıb ki, islam dövləti itirilmiş “çəkindirici qüvvələri” kompensasiya etmək üçün çox güman ki, nüvə silahı istehsalını davam etdirəcək: "Belə bir ssenaridə İsrail rəhbərliyi İran hədəflərinə qabaqlayıcı zərbələr endirmək qərarına gələ bilər".

Qeyd edək ki, "The Wall Street Journal" da oxşar mövzuda məlumat yayıb. Məqalədə yazılıb ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı mübarizə variantlarını, o cümlədən bu ölkəyə “önləyici hava zərbələri” endirmək imkanlarını nəzərdən keçirir.

Tramp “Time” jurnalına müsahibəsində İranla müharibəyə başlaya biləcəyini istisna etməməmişdi. Bununla bağlı müvafiq sualı cavablandıran siyasətçi qeyd edib ki, vəziyyət olduqca qeyri-sabit olduğundan indi hər şey mümkündür.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   İran   Nüvə  





Xəbər lenti