Ekspeditor işlədiyi şirkətin soyuducularını satdı

Ekspeditor işlədiyi şirkətin soyuducularını satdı
  13 Dekabr 2024    Oxunub:296
Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.
DİN-dən verilən məlumata görə, araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15700 manat pulun mənimsənilməsi müəyyən edilib.

Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti