ABŞ Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq edib

   ABŞ Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq edib
  13 Dekabr 2024    Oxunub:331
Vaşinqton “Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyanlara və ya buna şərik olanlara” viza məhdudiyyətləri qoyur.
AzVision.az ABŞ Dövlət departmaentinin məlumatına istinadən xəbər verir ki, sanksiya siyahısında Gürcüstan hökumətinin nazirləri, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının rəsmiləri, habelə fərdi şəxslər də daxil olmaqla 20-yə yaxın ad var. Amma qurumların adları açıqlamır.

“Hakim “Gürcü arzusu” partiyası ölkənin, gürcü xalqının böyük əksəriyyətinin arzuladığı və Gürcüstan Konstitusiyasında nəzərdə tutulan Avro-Atlantik gələcəyindən, üz döndərib”, - Dövlət departamentinin bəyanatında deyilir.

ABŞ-nin Dövlət katibi Antoni Blinken etirazlara görə Gürcüstana qarşı sanksiyaların tətbiq olunacağının anonsunu bir həftə əvvəl vermişdi. Amma hələ iyunun əvvəlində hakim “Gürcü Arzusu” partiyasının və parlament üzvlərinə, habelə “xarici agentlər” haqqında qanunun qəbuluna və may ayında etirazçıların dağıdılmasına cavabdeh olan təhlükəsizlik rəsmilərinə viza məhdudiyyəti qoyulub.

Gürcüstanda etiraz aksiyaları 13 gündür davam edir
Xatırladaq ki, Gürcüstanda etiraz aksiyaları noyabrın sonunda baş nazir İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırdığını elan etməsindən sonra başlayıb.

Bir neçə gün əvvəl Böyük Britaniya Gürcüstana hər hansı dəstək proqramlarını dayandırmağı və ölkə hökuməti ilə müdafiə sahəsində əməkdaşlığı məhdudlaşdırmağı qərara alıb. Aİ isə Gürcüstana qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir. Bu məsələ Aİ ölkələrinin Xarici İşlər nazirlərinin dekabrın 16-da keçiriləcək görüşündə müzakirə olunacaq. Bu ilin sonynadək yarısında Aİ-yə sədrlik edəcək Macarıstan, öz növbəsində, Gürcüstana qarşı sanksiyaların tətbiqi qərarına veto qoymaq niyyətindədir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Gürcüstan   sanksiyalar  





Xəbər lenti