Rusiyada “Viber”ə məhdudiyyət qoyulub

Rusiyada “Viber”ə məhdudiyyət qoyulub
  13 Dekabr 2024    Oxunub:562
Rusiyada “Viber” messencerinə məhdudiyyət qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti bildirib.

“Viber” xidmətinə giriş Rusiya qanunvericiliyinin informasiya yayımı təşkilatçılarına olan tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb”, – qurumun teleqram kanalında diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu tələblərin yerinə yetirilməsi mesencerin “terror və ekstremist məqsədlərlə istifadəsi, vətəndaşların bu məqsədlər üçün cəlb edilməsi, narkotik maddələrin satışı təhlükələrinin qarşısının alınması, həmçinin qanunsuz məlumatların yerləşdirilməsi ilə əlaqədar zəruridir”.

AzVision.az



Teqlər:





Xəbər lenti