Ölkədə yağıntılı hava şəraiti davam edir - FOTOLAR
14 Dekabr 2024
Oxunub:1339
Bəzi bölgələrdə sulu qar, qar yağır.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova AzVision.az - bildirib ki, qarın hündürlüyü Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 2 sm, Lerikdə 20 sm, Quba, Qusar və Altıağacda 10 sm, Şahdağ və Xaltanda 8 sm, Şərurda 7 sm, Kəlbəcər və Qobustanda 5 sm, Daşkəsən və Qaxda 3 sm, Gədəbəydə 1 sm olub. AzVision.az