Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli gümüş medal qazandı

   Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli gümüş medal qazandı
  14 Dekabr 2024    Oxunub:463
Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında Dadaş Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub.
AzVision.az xəbər verir ki, 109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə dördüncü olub.

O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.

AzVision.az




Teqlər:





Xəbər lenti