Büdcədən siyasi partiyalara ayrılan vəsait artırılıb

Büdcədən siyasi partiyalara ayrılan vəsait artırılıb
  16 Dekabr 2024    Oxunub:353
Gələn ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait artırılıb.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat və ya 20 faiz artırılması nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti