Ermənilərdən sonra itləri hücuma keçdi - Fotolar

Ermənilərdən sonra itləri hücuma keçdi - Fotolar
  20 İyul 2014    Oxunub:1005
Tez-tez atəşkəsin pozulduğu Tovuz rayonun Əlibəyli kəndi bu dəfə vəhşi itin hücumuna məruz qalıb.
Kənd icra nümayəndəsi Valeh Rzayevin Apa-nın qərb übrosuna verilən məlumata görə bu gün günorta saatlarında kənddə peyda olan vəhşi it kənd sakinlərinə hücum edib.

Nəticədə Əlibəyli kəndinin 4 sakini, 42 yaşlı Əli Hüseynov, 50 yaşlı Müzəffər Məmmədov, 64 yaşlı Göyçək Mehdiyeva və onun 74 yaşlı həyat yoldaşı Həsənəli Allahverdiyev xəsarət alıblar. Onlardan ikisi, 50 yaşlı Müzəffər Məmmədov sağ ayağından və 64 yaşlı Göyçək Mehdiyeva sağ əlindən itin dişləməsi nəticəsində xəsarət alıb. İt dişləyən sakinlər dərhal Tovuz rayon Mərkəzi xəstəxanasına çatdırılıblar və onlara quduzluq əleyhinə peyvənd vurulub.

Valeh Rzayevin vəhşi itin Ermənistan tərəfindən Əlibəyliyə keçdiyini və artıq onun zərərsizləşdirildiyini bildirib. Müsahib əvvəlki illərdə də belə hallar baş verdiyini, Ermənistan tərəfdən vəhşi heyvanlar kəndə keçərək iri və xırda buynuzlu heyvanlara xəsarət yetirdiyini bildirib.






Teqlər:  





Xəbər lenti