Ukraynanın sülh danışıqlarından kənarlaşdırılması təklif edilib

Britaniyalı politoloq Anatole Lieven bildirib ki, sülh danışıqları ilkin mərhələdə Moskva ilə Vaşinqton arasında aparılmalıdır.
Lieven hesab edir ki, Ukrayna danışıqlarda onu maraqlandıran bütün məsələləri qaldıra bilməyəcək:
“Bu proses çox mürəkkəb olacaq. Əgər Ukrayna əvvəldən danışıqlarda iştirak etsə,irəliləyiş tamamilə qeyri-mümkün olacaq. Hər hansı təklif edilən kompromis dərhal ictimailəşəcək. Nəticədə Avropada, Ukraynada, ABŞ Konqresində və Amerika mediasında etiraz fırtınasına səbəb olacaq”.
AzVision.az
Teqlər: