Yunanıstan Türkiyəyə qarşı ordusunu gücləndirdiyini açıqlayıb

Yunanıstan Türkiyəyə qarşı ordusunu gücləndirdiyini açıqlayıb
  16 Dekabr 2024    Oxunub:311
Yunanıstan 2025-ci il büdcəsi ilə müdafiə xərclərini artırmağa qərar verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiə naziri Nikos Dendias Türkiyənin təhdidlərini əsaslandıraraq, “Yunanıstan real təhlükə ilə üz-üzədir” deyib.

Demokrat.az xəbər verir ki, hökumət və müxalifət müdafiə xərclərinin illik büdcənin 3,5 faizini əhatə etməsi ilə bağlı razılığa gəliblər.

Yunanıstanın hakim Yeni Demokratiya Partiyası 300 nəfərlik parlamentdə 2025-ci il büdcəsini 159 səslə təsdiqləyib. Müdafiə xərclərinə dair səsvermədə geniş konsensus əldə olunub.

NATO bu qərara görə Yunanıstana təbrik mesajı göndərib.

AzVision.az



Teqlər:





Xəbər lenti