Xankəndi və Xocalıda uşaq bağçaları fəaliyyətə başlayıb

Xankəndi və Xocalıda uşaq bağçaları fəaliyyətə başlayıb
  17 Dekabr 2024    Oxunub:399
Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası və Xocalı şəhər körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Bu barədə AzVision.az -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu gün - dekabrın 17-də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi bağçada yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, 34 ildən sonra fəaliyyəti bərpa edilən Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası 80 yerlikdir. Hazırda 43 uşaq bağçada təlim-tərbiyə alır.

32 ildən sonra fəaliyyətə başlayan Xocalı şəhər körpələr evi-uşaq bağçası isə 40 yerlikdir. Hazırda 24 uşaq bağçada təlim-tərbiyə prosesinə cəlb olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti