Məqalədə Bayden administrasiyasının rəsmilərindən birinin sözləri sitat gətirilib: "İndi hamı ixtisara getməyə hazırdır. Çünki kifayət qədər iş yeri yoxdur".
“Politico” bildirir ki, Baydenə sadiq şəxslər arasında ən çox tələbat olan vəzifələr Kapitolidə və Konqres komitələrindəki vəzifələrdir.
Məqalədə qeyd edilir ki, prezident administrasiyasının dəyişəcəyi dövrlərdə siyasi elitada belə gərginlik adi hal hesab olunur. Bununla yanaşı, Baydenə yaxın şəxslərin yeni administrasiyada gələcək siyasi rolları uğrinda apardıqları mübarizə xüsusi diqqət mərkəzindədir.
Tural Tağıyev
AzVision.az